Türkiyədə kişi azyaşlı oğlunun yanında qətlə yetirilib.


Ölkə.az bildirir ki, hadisə Konyanın Hüyük qəsəbəsində baş verib.





38 yaşlı Mustafa Vurulmaz 7 yaşlı oğlu ilə birgə tarladan 3 təkərli velosipedi ilə evə qayıdırmış. Bu zaman aralarında ədavət olan Əmrə, Məhəmməd və Adəm adlı 3 qardaş avtomobillə onların arxasınca düşərək, velosipedə çırpılıblar. Nəticədə Mustafa Vurulmaz və oğlu velosipeddən yıxılıblar.


Bundan sonra tərəflər arasında dava düşüb. 3 qardaş əvvəlcə Vurulmazı azyaşlı oğlunun gözü önündə döyüblər. Sonra isə tapança ilə güllələyərək, öldürüblər.


Cinayətkar qardaşlar polis tərəfindən saxlanılıb, araşdırma aparılır.(lent.az)







Etiketlər:
vəhşicəsinə öldürdülər




Bizim Facebook səhifəmizə abunə olun