Misli Premyer Liqasında bu gün XIV tura start veriləcək.


Ölkə.az-ın məlumatına görə ilk oyun günündə bir qarşılaşma baş tutacaq.





"Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək. Görüş Zirə İdman Kompleksinin stadionunda, saat 17:00-da start götürəcək.


"Qarabağ" hazırda turnir cədvəlində 29 xalla lider mövqeyindədir. 26 xala malik "Zirə" isə ikincidir.


Misli Premyer Liqası


II dövrə, XIV tur


6 dekabr (şənbə)


17:00. "Zirə" – "Qarabağ"


Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.


VAR: Əliyar Ağayev.


AVAR: Vüsal Məmmədov.


Hakim-inspektor: Orxan Məmmədov.


AFFA nümayəndəsi: Elçin Məmmədov.


Zirə İdman Kompleksinin stadionu


Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.






Etiketlər:
məmmədovqarabağkompleksinintalıbovabdullayevqarabağhakimlərliqasıiişənbəikincidirstadionuqeyddekabrınnümayəndəsiinspektorvurulacaqhəsənlicədvəlindəqarşılaşmasəfərdəgünündəməlumatınaveriləcəkgələcəkgörüşliqasındahazırda




Bizim Telegram kanalımıza abunə olun