Amerikalı dünya şöhrətli memar Frenk Geri 97 yaşında vəfat edib.
 




Moderator.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
 
Məlumata görə, Geri Kaliforniyanın Santa-Monika şəhərindəki evində ölüb.
 
Ölümün səbəbi qısa müddətli tənəffüs xəstəliyi olub.
 
Frenk Geri müasir memarlığın ən görkəmli simalarından biri sayılır və dekonstruktivizm cərəyanının əsas memarlarından hesab olunur.
 
O, 1989-cu ildə memarlığın “Nobel mükafatı” sayılan Pritzker mükafatına layiq görülmüşdü.
 
Geriyə məxsus ən məşhur layihələr arasında Bilbao Guggenheim Muzeyi (1997), Los-Ancelesdə Walt Disney Konsert Zalının binası (2003) və Praqadakı “Rəqs edən Ev” (1995) xüsusi yer tutur.