Sərvətinin dəyəri bu gün 148 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğ onu planetin ən varlı 10-cu insanı edir. Söhbət "Dell Technologies"in qurucusu və baş direktoru Maykl Delldə gedir.


Bəs o bu sərvəti necə qazanıb?





Ölkə.Az Valyuta.az-a istinadən xəbər verir ki, 148 milyard dollarlıq xalis sərvətlə "Forbes"un Milyarderlər İndeksində 10-cu yeri tutan Maykl Dell şəxsi kompüter imperiyasını cəmi 19 yaşında, universitet yataqxanasındakı bir otaqda qurub.


Maykl Dell illər əvvəl verdiyi bir müsahibədə belə deyirdi:



Xarici mənbələrə görə, Dell uşaq yaşlarından riyaziyyata və texnologiyaya həmişə maraq göstərib. Lakin kompüterlərə xüsusi marağı Ostindəki Texas Universitetində daha da inkişaf edib.


Texas Universitetində tibb təhsili alan Dell şəxsi kompüterlərə marağını biznesə çevirmək qərarına gəlib. O dövrdə kompüterlər mağazalarda hazır paketlər şəklində satılır, istifadəçilər üçün fərdiləşdirmə imkanları isə son dərəcə məhdud olurdu. Dell bazardakı bu boşluğu erkən görür.


1984-cü ildə, universitet yataqxanasındakı otağında kompüter hissələrini ayrıca alaraq müştərilər üçün fərdiləşdirilmiş sistemlər yığmağa başlayır. Onun cəmi 1.000 dollarlıq kapitalı olur. Bu məbləğ ilk detalları almağa və kiçik elanlar verməyə kifayət edir.


Dell belə deyir:



Daha sonra bu işin nə qədər böyük potensiala sahib olduğunu dərk edir:



Maykl Dellin qurduğu modelin mərkəzində bir əsas fikir dayanırdı: Kompüterləri birbaşa son istifadəçiyə satmaq və lazımsız ara xərcləri aradan qaldırmaq.


Bu yanaşma bir neçə mühüm üstünlük yaradıb:


* Hazır məhsul stoklama ehtiyacı azaldıb.

* Məhsullar müştərinin istəyinə uyğun fərdiləşdirilə bilib.

* Mağaza və distribütor xərclərinin aradan qalxması qiymətləri aşağı salıb.

* Müştəri ilə birbaşa əlaqə sayəsində məmnuniyyət və geri dönüş sürətlə yaxşılaşıb.


Bu sistem o qədər təsirli olub ki, Dell qısa müddətdə universitet ətrafında tanınmağa başlayıb və sifarişlərin həcmi sürətlə artıb.


CNBC-nin 2018-ci il məlumatına görə, Dell yataqxanada işlədiyi dövrdə ayda 50.000–80.000 dollar arasında gəlir əldə etdiyini deyir. Bu təşəbbüs həmin dövrdə 25 yaşında olan və bu gün milyarder kimi tanınan Mark Kubyenin də diqqətini çəkir. Kubyen o zaman Dallasda öz kompüter şirkəti "MicroSolutions"ı qururmuş.


Kubyen bir bloq yazısında Dellin iş yerinə səfərini belə təsvir edir:



"Dell Computer" yaradılmasından cəmi dörd il sonra, 1988-ci ildə 85 milyon dollarlıq bazar dəyəri ilə birjada listinqə çıxıb. Maykl Dell isə 1992-ci ildə "Fortune 500" şirkətlərindən birinə rəhbərlik edən ən gənc baş direktor olub.






Etiketlər:
yataqxana1000 dollara şirkətbizneskaryeramaykl dell




Bizim Instagram səhifəmizə abunə olun