8 ay əvvəl mədəaltı vəzi xərçəngi (pankreas) diaqnozu qoyulan tanınmış müğənni Soner Olgun son durumunu açıqlayıb.


Ölkə.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib.






“Həkimlərimin məsləhət gördüyü bütün müalicələrim tamamlanıb. Əməliyyat olunmuşam, həm kimyaterapiya, həm də radioterapiya seanslarını bitirmişəm. Hazırda müntəzəm olaraq müayinələrim aparılır. Qarşıdakı günlərdə həkimlərin konsultasiyası olacaq və əlavə müalicəyə ehtiyac olub-olmadığına qərar veriləcək.


Enerjim yerindədir, əhvalım yüksəkdir. Səhnə fəaliyyətimi və layihələrimi davam etdirirəm. Dekabrın 16-da yeni işimi təqdim edəcəyəm”, - Soner Olgun qeyd edib.(musavat)






Etiketlər:
soner olgunmədəaltı vəz




Bizim Instagram səhifəmizə abunə olun