Biləsuvarda qəzada ölən 5 nəfərdən ikisi qardaşdır.


Moderator.az-ın verdiyi xəbərə görə, kanala aşan “Lexus" markal; minik avtomobilində yaxın qohumlar və dostlar – sürücü 2003-cü il təvəllüdlü Vasif Həsənli və sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə olub.








Qəza nəticəsində həyatını itirən Vasif Həsənli və Rusif Həsənli qardaşdırlar.


Qəzanın bəzi təfərrüatları da məlum olub. Hadisə gecə saat 2 radələrində baş verib. Maşındakılardan biri Biləsuvar rayonunun Bəydili kəndinə gedirmiş. Yolda hərəkətdə olarkən sürücü sərt döngədə idarəetməni itirib və maşın kanala aşıb. Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb. Bir nəfər xəstəxanaya hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.


10.54


Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Bu barədə DİN-in Mətbuat Xidmətindən Moderator.az-a bildirilib.


Qeyd edilib ki, V. Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.

Araşdırma aparılır.


10:07


Biləsuvar rayonunda ağır yol qəzası baş verib.


Moderator.az-ın məlumatına görə, hadisə Zəhmətabad kəndində qeydə alınıb.


Belə ki, idarəetmədən çıxan "Lexus" markalı minik avtomobili kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.


Faktla bağlı araşdırma aparılır.