Formula 1 üzrə 2025-ci il mövsümünün dünya çempionu müəyyənləşib.


Moderator.az xəbər verir ki, titulu “Maklaren”in pilotu Lando Norris qazanıb.






Bu, onun karyerasındakı ilk dünya çempionluğudur.


Norris turnirin son mərhələsi olan Əbu Dabi Qran-Prisində üçüncü pilləni tutaraq ümumi turnir cədvəlində “Red Bull”un pilotu, son və 4 qat dünya çempionu Maks Ferstappeni 12 xal qabaqlayıb.


Qeyd edək ki, Lando Norris Formula 1-də 2019-cu ildən çıxış edir.