Göygöl rayonunda "Niva" markalı maşının aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.


Moderator.az xəbər verir ki, o, 1983-cü il təvəllüdlü Məhyəddin Kalpanovdur.






Həmçinin qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.


Faktla bağlı araşdırmalar davam etdirilir.



Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.


Qəza zamanı "Niva" markalı minik avtomobili yolun kənarına aşıb.


Hadisə nəticəsində bir nəfər həlak olub.


Faktla bağlı araşdırma aparılır.