Rusiya prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallası “dünyaya hədiyyə” adlandırıb.


Moderator.az xəbər verir ki, o bu bəyanatı “X” səhifəsində yazıb.






Biznesmenin sözlərinə görə, Kallas dünyaya avropalı bürokratların kim olduğunu göstərib.


O, paylaşımına “The Telegraph” qəzetindəki “Avropa diplomatiyasının rəhbəri:


Kreml üçün hədiyyə” başlıqlı məqalənin skrinşotunu yerləşdirib və “Sağ ol, Kaya!”, - deyə şərh edib.