Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib.


"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.





Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.


Qəza nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Şamilsoy, Goranboy rayon sakinləri, 2006-cı il təvəllüdlü Aytac Bayramova, 1985-ci il təvəllüdlü Amilə Gülmalıyeva və 1953-cü il təvəllüdlü Füruzə Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Yaralılar xəstəxanaya çatdırılıblar, faktla bağlı araşdırma aparılır.






Etiketlər:
yevlax rayonu ərazisində ağır yol qəzası baş verib




Bizim Youtube kanalımıza abunə olun