Yuxarı Lars keçid məntəqəsi Gürcüstandan Rusiyaya gedən ağır yük maşınları üçün bağlanıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Gürcüstan Avtomobill Yolları Departamentinin məlumatında deyilir.
"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb. Keçid minik avtomobilləri üçün açıqdır”, - deyə bildirilib.
Qeyd edək ki, Yuxarı Lars keçid məntəqəsi hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan vasitəsilə) birləşdirən yeganə quru yoludur./Axar.az
Etiketlər:
yuxarı lars keçid məntəqəsi gürcüstandan rusiyaya- deyə bildirilib. qeyd edək kiyuxarı lars keçid məntəqəsi hazırda ermənistanı ru
Bizim Twitter səhifəmizə abunə olun