Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda zəlzələ baş verib.
 




Moderator.az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
 
Bildirilib ki, yerli vaxtla 03:31-də 4.3 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.
 
Zəlzələ ocağı 20.75 kilometr dərinlikdə yerləşib.
 
AFAD-ın məlumatına görə, zəlzələ nəticəsində dağıntı və insan itkisi qeydə alınmayıb.