Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2003-cü il təvəllüdlü Fehruz Quluzadə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.






Hazırda 22 yaşlı gəncin vəziyyətinin ağır olduğu bildirilir. Onun müalicəsi özəl tibb müəssisələrinin birində davam etdirilir.


Hadisənin təfərrüatları araşdırılır.