Biləsuvar rayon sakini Albaniyada bədbəxt hadisə nəticəsində ölüb.


Moderator.az-ın verdiyi xəbərə görə hadisə Albaniyada, Dürres limanında baş verib.








Belə ki, Biləsuvar rayon sakini, 25 yaşlı Əvəz Cəfərovu gəmidə elektrik cərəyanı vurub.


O xəstəxanaya çatdırılsa da, onun artıq öldüyü məlum olub. Mərhumun Biləsuvarda dəfn olunacağı bildirilir.


Faktla bağlı araşdırma aparılır.