Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.
 




Bu barədə Moderator.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
 
Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.