"Azərbaycan UNESCO ilə azad edilmiş ərazilərdə bərpa işləri ilə bağlı danışıqlar aparır".


Moderator.az xəbər verir ki, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Bakıda keçirilən "Mədəniyyət və hüquq: Müasir Çağırışlar Forumu" çərçivəsində baş tutan "Mədəniyyət beynəlxalq münasibətlər sistemində" adlı panel müzakirələr zamanı deyib.






O vurğulayıb ki, danışıqlarda bir istiqamət də mina problemi ilə bağlıdır:


"Azərbaycan işğal zamanı Qarabağa missiyanın göndərilməsi ilə bağlı UNESCO-ya sorğu ünvanlamışdı. İstəyirdik ki, onlar dağılmış mədəni irsi öz gözləri ilə görsünlər. Amma onlar gələ bilməyəcəklərini qeyd etmişdilər. Buna səbəb kimi göstərmişdi ki, Ermənistan onlara mane olur".