Yaponiyanın Honsü adasında 6.5 bal gücündə zəlzələ qeydə alınıb.


Moderator.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.






Məlumata görə, yeraltı təkanların episentri 220 min nəfərin yaşadığı Haçinohe şəhərindən 102 km şimal-şərqdə yerləşib.


Zəlzələ ocağının dərinliyi 34 km olub.


Zərərçəkənlər və dağıntılar haqqında məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.