Hər insan öz ömrünün yolçusu, taleyinin müəllifidir. Hər kəs fərqli düşünür, fərqli yaşayır, həyatına öz baxış bucağından yön verir.



Lakin tarix göstərib ki, dahilik şəxsi maraqların içində deyil, xalqın taleyində parlayır. Dahilər öz ömürlərini özləri üçün yaşamırlar, millətin ağrısını ağrısı, sevincini sevinci bilirlər. Onlar xalqın gələcəyi naminə düşünür, millətin taleyinə heç vaxt biganə qalmırlar. Dünyada çox belə nümunələr var. Fransa sarsılmadı, Şarl de Qoll vardı! Türkiyənin istiqlaliyyəti əyilmədi, çünki Atatürk öndə idi! Azərbaycan məhv olmadı, bölünmədi, parçalanmadı, Heydər Əliyev buna imkan vermədi! Tarix faktlarla sübut edir ki, yalnız güclü lider xalqı ayaqda saxlayır. Liderin qərarı, iradəsi və cəsarəti bütün xalqın taleyini dəyişir. Hər bir uğurlu dövlətin arxasında isə şübhəsiz belə dahilər olub.








Rəşad Mahmudov,

YAP İdarə Heyətinin üzvü, 

Milli Məclisin deputatı