Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.


Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.






Hazırda:


1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;


2. "3-cü mikrorayon" dairəsində;


3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;


4. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;


5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;


6. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;


7. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından metronun "20 Yanvar" stansiyası istiqamətində;


8. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;


9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;


10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;


11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;


12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;


13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;


14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;


15. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;


16. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;


17. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;


18. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;


19. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;


20. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.