"Tikilməkdə olan obyektlərin müdiriyyəti" publik hüquqi şəxsi Aşağı Muğan kanalının yenidən qurulması üzrə I mərhələ layihəsi ilə bağlı keçirilən tenderin nəticələrini açıqlayıb


Moderator.az xəbər verir ki, layihənin icrası "Euroline" QSC-yə həvalə edilib.






Tenderin məbləği 75.04 milyon manat (75 047 004,26 AZN) təşkil edir.


1960-cı ildə istismara verilən və 65,7 km uzunluğuna malik Aşağı Muğan kanalı Aşağı Muğan kanalı Saatlı və Sabirabad rayonlarının inzibati ərazilərinə daxildir.