UEFA Avropa Liqasının əsas mərhələsinin VI turunda növbəti oyunlar keçirilir.


Moderator.az xəbər verir ki, tura doqquz qarşılaşma ilə start verilib.






Turun diqqətçəkən oyunlarından biri "Ştutqart" (Almaniya) və "Makkabi" (Təl-Əviv, İsrail) komandaları arasında baş tutub. Matçın favoriti sayılan Almaniya təmsilçisi öz statusunu dörd qol vurmaqla təsdiqləyib, qonaqlar təsəlli qolu ilə kifayətləniblər - 4:1.


Turun digər oyununda "Real Betis" (İspaniya) "Dinamo"nu (Xorvatiya) üç topla üstələyib. Xorvatların gücü isə bir qol vurmağa çatıb - 1:3


Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:


"Ferentsvaroş" (Macarıstan) - "Reyncers" (Şotlandiya) - 2:1;


"Ludoqorets" (Bolqarıstan) - PAOK (Yunanıstan) - 3:3;


"Midtyulland" (Danimarka) - "Genk" (Belçika) - 1:0;


"Nitsa" (Fransa) - "Braqa" (Portuqaliya) - 0:1;


"Şturm" (Avstriya) - "Srvena Zvezda" (Serbiya) - 0:1;


"Utrext" (Niderland) - "Nottingem Forest" (İngiltərə) - 1:2;


"Yanq Boyz" (İsveçrə) - "Lill" (Fransa) - 1:0.