Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.


Moderator.az xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib.








Belə ki, 20-dən çox şəxsin yas mərasimində dəm qazından zəhərləndiyi bildirilir.


Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.


Hazırda faktla bağlı araşdırma aparılır.