Çin iki peyk daşıyan "Kuaizhou-11" raketinin uğurla buraxılışını həyata keçirib.


Moderator.az-ın məlumatına görə, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər verib.






Məlumata görə, buraxılış Pekin vaxtı ilə səhər saat 9:08-də (Bakı vaxtı ilə səhər saat 5:08) ölkənin şimalındakı Çzyuszyan kosmodromundan həyata keçirilib. Bu, "Kuaizhou-11"in dördüncü missiyasıdır.


Sınaq kosmik aparat olan "Di'er-5" "Xiwang-5-2" peyki ilə birlikdə orbitə çıxarılıb.


Bərk yanacaqla işləyən "Kuaizhou-11" Çinin Aerokosmik Elm və Sənaye Korporasiyası tərəfindən hazırlanıb. Onun uzunluğu 25 metrdən çoxdur və Yer kürəsinin aşağı orbitinə 1,5 tona qədər faydalı yük çatdırmaq qabiliyyətinə malikdir.