“Ulu Öndər Heydər Əliyev hər zaman bizim xatirimizdədir. Onun incəsənət, xüsusilə də rəssamlıq və heykəltəraşlıq sahəsinə verdiyi töhfələr heç vaxt yadımızdan çıxmaz. Rəssamlıq akademiyasının yaradılması haqda 2000-ci ildə məhz ümummilli lider Heydər Əliyev fərman imzalamışdı. O illərdən bu günə qədər 3-4 min rəssam sənət aləminə qədəm qoyub. Onların içərisində xalq rəssamları da, əməkdar rəssamlar da var ki, müxtəlif xarici ölkələrdə Azərbaycan rəssamlıq sənətini təbliğ edirlər. Heydər Əliyevlə mən bir neçə dəfə görüşmüşəm. Ən əsas görüşlərimiz səfərlərdə olub. Almaniya səfərində gedəndə o bizə tapşırıq verdi ki, “Səttar Bəhlulzadənin də əsərlərini götürün, orada nümayiş etdirək”. Səfər 3-4 gün çəkdi. Hardasa 40-a yaxın Səttar Bəhlulzadənin əsərlərindən aparmışdıq. Protokol qaydaları ilə məni tanış edib dedilər ki, sərgini nümayiş etdirmək üçün cəmi 20 dəqiqə vaxtınız var. Heydər Əliyevlə Almaniyanın prezidenti Helmut Kol sərgiyə gəldilər. Heydər Əliyev mənə dedi ki, “sən bu əsərlərin texnikasını, üslubunu mənə söylə, qalan hər şey haqqında özüm danışacam”. Səttar Bəhlulzadənin əsərlərini Heydər Əliyev o qədər gözəl təqdim edib, danışdı ki... Həmin əsərlərdəki şəhərlərin mədəniyyətini, iqtisadiyyatını, təbiətini sözlərlə elə təsvir etdi ki.. 50 dəqiqəyə yaxın bir təqdimat oldu”
Bunu Moderator.az-a açıqlamasında xalq rəssamı Səlhab Məmmədov deyib. O daha sonra əlavə edib: