"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. 


Moderator.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib.






Digər xallar isə belədir:


Albaniya - 10 xal

Gürcüstan - 8 xal

San Marino - 7 xal

Polşa - 6 xal

Fransa - 5 xal

İspaniya - 4 xal

Ermənistan - 3 xal

Kipr - 2 xal

Malta - 1 xal 


Müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edir O, səhnəyə ikinci çıxıb. Yağmur həm Azərbaycan, həm də ingilis dillərində yazılmış "Miau Miau" mahnısını ifa edib. (axşam.az)