Şimal bölgəsinin bəzi ərazilərinə bu gecə ilin son fəslinin ilk qarı yağıb. 



Qubadakı Şimal-Şərq Regional Hidrometerologiya Mərkəzindən verilən məlumata görə, ən çox qar Xızı rayonunun Altıağac qəsəbəsinə yağıb: -13 sm.







Qubanın Qrız kəndində ən soyuq temperatur -11,7 dərəcə şaxta qeydə alınıb.


Qarın hündürlüyü Qubanın Xaltan kəndundə 8, Qrız kəndində 2, Quba şəhərində 4, Şabranda 4 sm olub.




Digər məntəqələrdə də 4-8 sm qar yağması müşahidə edilib.