Abşeron rayonunda minik avtomobili ilə sərnişin avtobusu toqquşub.
 




Yol-nəqliyyat hadisəsi Saray körpüsündə qeydə alınıb.
 
Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
 
Faktla bağlı araşdırma aparılır. /Oxu.az/