"Qarabağ" FK-nın prezidenti Tahir Gözəl "Qarabağ" - "Ayaks" oyununu sığınacaqda tək izləyən Əkbərlə görüşüb.


Moderator.az xəbər verir ki, bu barədə sığınacağın instaqram səhifəsində görüntülər paylaşılıb.






"Əkbərin "Qarabağ" sevgisi. "Qarabağ" FK-nin prezidenti Tahir Gözəl Əkbəri o qədər gözəl qarşıladı ki... Sığınacağımın ağıllı balası sonunda ən böyük arzusuna çatdı", - deyə paylaşımda qeyd edilib.


Bildirilib ki, ona VİP ərazidə yer ayrılsa da o, oyunu azarkeşlərlə bərabər izləməyi seçib.