Bu gün Misli Premyer Liqasında XV turun son oyunları keçiriləcək.


Moderator.az xəbər verir ki, günün açılış qarşılaşmasında "İmişli" "Karvan"ı qəbul edəcək.






Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək.


Günün ikinci oyununda isə "Neftçi" klubu öz meydanında "Sumqayıt" komandası ilə üz-üzə gələcək.


"Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 19:00 da başlayacaq.


Misli Premyer Liqası


XV tur


15 dekabr


14:00. "İmişli" - "Karvan-Yevlax"


Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli


VAR: İnqilab Məmmədov


AVAR: Namiq Hüseynov


Hakim-inspektor: Asim Xudiyev


AFFA nümayəndəsi: Eldəniz Musayev


Quba OİK stadionu.


19:00. "Neftçi" - "Sumqayıt"


Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov


VAR: Elçin Məsiyev


AVAR: Vüsal Məmmədov


Hakim-inspektor: Anar Salmanov


AFFA nümayəndəsi: Elçin Mehtiyev


"Palms Sports Arena".