Yevlaxda zəncirvari qəza olub.
Moderator.az xəbər verir ki, hadisə Hacıselli kəndi yaxınlığından keçən magistral yolda baş verib.
İdarəetmədən çıxan toyuq daşıyan yük maşını, həmçinin "Opel" və "Mercedes" markalı avtomobillər bir-birinə çırpılıb. Qəza zamanı zərbənin təsirindən "Opel" yolun sol hissəsindəki su kanalına, "Mercedes" yolun sağ hissəsinə, yük maşını isə yolun ortasına aşıb və yükü ətrafa səpələnib.
Qəza zamanı hər üç avtomobilin sürücüsü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.