Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.azz-ın məlumatına görə, hadisə rayonun Qıpçaq kəndi ərazisində qeydə alınıb.






Kənd ərazisində hərəkətdə olan "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dirəyə çırpılıb.


Hadisə nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Əfqan Əhliman oğlu Məmmədov və 1993-cü il təvəllüdlü Seymur Aydın oğlu Əhmədov xəsarət alıblar. Xəsarət alanların hər ikisi rayonun İbaxlı kənd sakinidir.


Faktla bağlı araşdırma aparılır.