Ağdam rayonunda velosiped sürərkən yıxılan 9 yaşlı uşaq aldığı xəsarətlərdən ölüb.


Moderator.az "Report"a istinadla xəbər verir ki, rayonun Alıbəyli kənd sakini, 2016-cı il təvəllüdlü Hüseyn Rüfət oğlu Baxşəliyev velosipedin idarəetməsini itirərək yıxılıb.






Başı daşa dəyən H.Baxşəliyev hadisə yerində həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.