“Bəhram Bağırzadə nə vaxtdan yazıçı olub ki, ondan kitab alırlar? O nə yazıb? Hansı kitabları yazıb? Mən onu yazıçı hesab etmirəm. O aktyordur. Yaxşı da aktyordur. Mənə də çox adam deyir ki, bəlkə atan haqda nəsə yazasan, xatirələr dərc edəsən? Deyirəm ki, mənlik deyil. Yazsaydım bu neçə ili yazardım da. Atamın kitablarını qardaşım satırdı. Gedib dayanırdı Nərimanovun heykəlinin qabağında, taksi sürücülərinə kitabları satırdı və qazandığı pulları da cibinə qoyurdu. Hər yerdə deyirdi ki, “bacım ölüb, tək mənəm”. Bütün yardımları, köməkləri o alırdı. Mən atamda pul görməmişəm. Sadəcə olaraq pensiyama 40 manat əlavə pul ödəyirdilər”
Bunu Moderator.az-a açıqlamasında Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib. O daha sonra əlavə edib: