Nigeriyada naməlum şəxslər avtobusdan 18 nəfəri qaçırıblar.


Moderator.az-ın məlumatına görə, bu barədə yerli media xəbər yayıb.






Qaçırılanların sərnişinləri meşəlik əraziyə aparmazdan əvvəl avtobusa zaman-zaman atəş açdıqları bildirilib.


Edo Ştat Polisinin sözçüsü Eno İkoedem qaçırılma faktını təsdiqləyib və hüquq-mühafizə orqanlarının ordu ilə birlikdə cinayətkarları tapmaq üçün genişmiqyaslı əməliyyat başlatdığını bildirib.


Ətraf ərazidə aparılan axtarış nəticəsində 11 nəfər xilas edilib.