İllərdir səhv bilinir - Eyni yerdə saxlayanda bir-birini çürüdən məhsullar
16 Dec 2025, 08:49 4 baxış 2 dəq oxuma
Bəzi qidaları soyuducuya qoymaq tövsiyyə edilmir.
Moderator.az milli.az-a istinadla xəbər verir ki, hər məhsulun ideal saxlama şəraiti fərqlidir.
Qidaların düzgün saxlanması həm onların ömrünü uzadır, həm də qida dəyərini qoruyur. Aşağıdakı qaydalara əməl etmək qidaların təzəliyini qorumağa və israfın qarşısını almağa kömək edir.
Pomidor: Soyuducuya qoymayın, dadını itirir. Qaranlıq və sərin yerdə saxlayın.
Kartof: Soyuq deyil, qaranlıqda saxlayın. Soyuqda kartofun nişastası şəkərə çevrilir.
Sarımsaq və Soğan: Ayrı qabda, hava alan yerdə saxlanmalıdır. Bir yerdə qalsa, tez xarab olur.