"Oskar" mükafatlı rejissor Ceyms Kemeron rəsmi olaraq Hollivud milyarderləri sırasına qoşulub.
 




Moderator.az xəbər verir ki, "Forbes" jurnalı onun sərvətini 1.1 milyard dollar qiymətləndirib.
 
Rejissor gəlirinin böyük hissəsini öz filmlərindən, o cümlədən "Titanik" və "Avatar"dan qazanıb.
 
Onun filmləri daim qlobal blokbasterlərə çevrilir: "Titanik" 1.8 milyard dollar, ilk "Avatar" filmi isə təxminən 3 milyard dollar gəlir əldə edib.