“Dəli yığıncağı”, “Kod adı V.X.A”, tamaşalarında oynayıram. Hazırda da “Hacı Qara” əsərini məşq edirik. Demək olar ki, gündəlik məşqlərimiz var. Bu tamaşa bizdə əvvəllər də olub. Hacı Qaranı 10 il Atabala Səfərov, sonra mən oynadım. Rəhmətə gedənlər, teatrdan çıxanlar çox oldu. Bəhram Osmanov 2 dəfə bu tamaşanı hazırlayıb, indi isə Cənnət Səlimova hazırlayır. Hacı Qara obrazını da Şövqü Hüseynov oynayacaq. Bu klassikadır. Klassikaya gərək hər dəfə qayıdasan. Hər rejissorun özünün yozumu var. İndi ola bilsin ki, Cənnət xanım bu tamaşanı tamam başqa bir səpkidə hazırlayacaq”


Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yasin Qarayev deyib. O daha sonra əlavə edib:







Yavaş-yavaş təcrübə toplayır, peşəkarlaşır” deyə sənətkar bildirib.





“Yaş senzini bilmirəm araya kim saldı? Bu qanun dövlət başçısı tərəfindən olmayıb. Dəfələrlə demişəm, yenə də deyirəm. Qanunlarımız Milli Məclisdə müzakirə olunur, orada ələkdən keçir. Milli Məclis üzvlərinin 7-8-i ilə danışmışam, onlar da bildiriblər ki, yaş senzi ilə bağlı biz heç bir məsələni qaldırmamışıq” deyə o bildirib.




Yasin Qarayev gənc rejissor Suada Quliyevanın Məhsəti Gəncəvi haqda çəkdiyi filmdən də danışıb:




“75-80-ci illərdə bizim teatrda “Rübailər aləmi” adlı tamaşa var idi. Məhsəti rolunu Firəngiz Şərifova oynayırdı. Firəngiz böyük aktrisa idi və Məhsətinin səsi ilə “Bu dünya qızıl bir kuzəyə bənzər” adlı rübaisini deyirdi.


O indi də mənim xatirimdədir. Məhsətini danmaq olmaz. Məhsəti dövründə kim yaşayıb ki, onun əxlaqından danışsın? Mən həmin filmi görməmişəm və görmədiyim ekran işi haqqında da fikir söyləmək düzgün deyil.


Amma Məhsətinin əxlaqına zərər gətirən nəsə varsa demək ki, düzgün etməyiblər” deyə sənətkar bildirib.