Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az xəbər verir ki, Mürvət Azad oğlu Həsənovun sürücülük hüququ olmadan idarə etdiyi VAZ-2106 markalı minik avtomobili Tovuz rayonu Aşırallar kəndi ərazisində aşıb.






Sürücü hadisə nəticəsində aldığı xəsarətlərdən ölüb.


Faktla bağlı Tovuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.