“Mən musiqimizin təəssübünü çəkirəm. Bəzi adamlar elə bilir ki, mən qəsdən danışıram. Vallah ürəyim yanır ki, belə oxu, belə geyin-gəz, abır-həyalı ol. Biz axı azərbaycanlıyıq. Mən keçmişin kişilərindənəm, sağ qalmışam. Kaş sağ qalmazdım, ölərdim bu günləri görməzdim. İndi şou-biznesdə kişi kişiylə, qız-qızladır. Belə dərd olar? Millət belə qabağa gedə bilməz. Gözümlə görürəm də. Musiqinin içindəyəm. Ətrafa nəzər salıram, oğlanla-oğlan, qızla-qız qol-qola giriblər”
Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. O daha sonra əlavə edib:
Əli Mirəliyev bu günlərdə həbsdən çıxan Rəqsanə İsmayılova haqda da danışıb:
“Rəqsanənin həbsdən çıxmasına mən şadam. Rəqsanəni əvvəldən çox istəmişəm, kişi kimi bir insandır. Onda heç qadın əlamətləri yoxdur. Qışqırır, bağırır, mənim kimidir xasiyyəti. Qadına hörmət etmək lazımdır. Ona hörmətim sonsuzdur. Uşaq deyil, 50 yaşı var. Daha həyatı necə yaşamalıdırsa özü bilir” deyə müğənni bildirib.