Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb.


Moderator.az xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb.






Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakini Ağa Anar oğlu Əhmədov hadisə yerində ölüb.


O, universitetin “Turizm və qonaqpərvərlik” fakültəsində tərcümə ixtisası üzrə təhsil alırmış.


 


(Qafqazinfo)