Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bəzi futbol klublarını cərimələyib.


Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.






"Qarabağ" klubu Misli Premyer Liqasının XV turunda "Araz-Naxçıvan"la matçın 2-ci hissəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb.


"Araz-Naxçıvan" isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.


"Kəpəz" - "Qəbələ" oyununda Gəncə komandası 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. "Qəbələ" isə 36-cı dəqiqədə futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1000 manat ziyana düşüb. İ.Sanqare 2 oyunluq diskvalifikasiya olunub.


"Turan Tovuz" - "Sabah" oyununda 7 üzvü sarı vərəqə aldığı üçün Bakı klubu 700 manat cərimələnib.


"Karvan-Yevlax" "İmişli" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.


"Sumqayıt" isə "Neftçi" il matçda sarı vərəqə alan 5 futbolçusuna görə eyni məbləğdə cərimə ödəməli olacaqlar.