Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 




Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.
 
Bildirilib ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, kanal qırağı ərazisində şkaf tipli qaztənzimləyici məntəqənin quraşdırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.