Bu gün Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı keçiriləcək.
 




Moderator.az xəbər verir ki, qarşılaşma "Bank Respublika Arena"da baş tutacaq.
 
Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcəyi görüş saat 19:30-da start götürəcək.
 
Ağdam təmsilçisi hazırda 33 xalla turnir cədvəlinin birinci, Masazır klubu isə 31 xala malik ikinci pilləsində qərarlaşıb.

Azərbaycan Premyer Liqası

I tur

18 dekabr (cümə axşamı)


“Sabah” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Vüsal Əliyev

AFFA: Erkin Hüseynov

“Bank Respublika Arena”, 19:30