Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Albalılıq Avtoparkı" MMC adını dəyişərək "Nəqliyyat Təlim Mərkəzi" edib.


Moderator.az rəsmi sənədlərə istinadən xəbər verir ki, MMC-nin nizamnaməsi də dəyişib.






Şirkət bundan sonra avtobus parkı olaraq deyil, nəqliyyat sahəsində təlimlərin təşkili üzrə fəaliyyət göstərəcək.


"Albalılıq Avtoparkı" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 17.2 min manatdır.