Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində sol bud oynağından əməliyyat olunub.


Moderator.az-ın məlumatına görə, əməliyyat "IsarPark Plattling" klinikasında baş tutub.






31 yaşlı qapıçının əməliyyatını professor, doktor Stefan Fikert edib.


Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.