Türkiyə Kubokunda qrup mərhələsinin oyunları çərçivəsində "Qalatasaray" - "Başakşəhər" görüşü keçirilib.


Moderator.az xəbər verir ki, A qrupunun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.






Qrupun ilk matçında yeganə qolu 22-ci dəqiqədə Ahmet Kutucu vurub.


Bu qələbə sayəsində "Qalatasaray" kubok oyunlarına üç xalla başlayıb.