Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ilk dəfə olaraq Aralıq dənizinin neytral sularında Rusiyanın "kölgə donanması"na məxsus tankerə zərbə endirib.


Moderator.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" UTX mənbələrinə istinadən məlumat verib.






Mənbələrin məlumatına görə, UTX Ukrayna ərazisindən 2000 kilometrdən çox məsafədə yeni xüsusi əməliyyat keçirib.


Aralıq dənizinin neytral sularında çoxmərhələli əməliyyatdan sonra UTX-nin "Alfa" komandası Rusiyanın "kölgə donanmasının" "QENDİL2" tankerinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.