Meyxanaçı Kərim Novruzov sabah Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn ediləcək.


Moderator.az xəbər verir ki, bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.








Bildirilib ki, Kərim Novruzovla vida mərasimi saat 11:00-da yaşadığı evdə keçiriləcək.


Qeyd edək ki, o bu gün uzun sürən xəstəlikdən sonra yaşadığı mənzildə vəfat edib.