ABŞ-nin Arizona ştatında yerləşən "Luke" Hərbi Hava Qüvvələri bazasında naməlum şəxs atəş açıb.


Moderator.az-ın məlumatına görə, bu barədə bazanın rəsmi "Facebook" səhifəsində yayımlanan açıqlamada bildirilib.






"Luke" bazası atışma insidenti ilə bağlı məlumatlara görə tədbirlər görür. Şəxsi heyətə yerlərində qalmaq və sığınacaq tapmaq tapşırılıb", – bəyanatda qeyd olunub.


Hazırda mümkün qurbanlar və atəş açan şəxsin kimliyi barədə məlumat verilmir.