Futbol üzrə Türkiyə Superliqasında XVII turun daha bir oyunu keçirilib.


Moderator.az xəbər verir ki, “Beşiktaş” doğma meydanında “Rizəspor”u qəbul edib.






Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.


Komandanın yeganə qoluna 64-cü dəqiqədə Milot Raşika imza atıb.


Bu nəticədən sonra “Beşiktaş” turnir cədvəlində 29 xalla 5-ci, “Rizespor” 18 xalla 11-ci pillədə qərarlaşıb.